Ölkə kubokunun sahibi bəlli oldu

Bakı, 2 iyun, Sporaz.tv


Qarabağ” “Zirə“ni 2-1 hesabla məğlub edərək ölkə kubokunu qaldırıb.

Sporaz.tv xəbər verir ki, Liv Bona Deal stadionunda keçirilən matçda, hesabı 42-ci dəqiqədə Juninho açıb.

57-ci dəqiqədə “Zirə” İsmayıl İbrahimlinin qolu ilə hesabı bərabərləşdirib.

62-ci dəqiqə “Qarabağ” Abdullah Zoubirin qolu ilə yenidən üstünlüyü ələ alaraq, Azərbaycan kubokunun sahibi oldu.


22:04
Azərbaycan Kubokunun “Qarabağ” – “Zirə” komandaları arasındakı final qarşılaşmasında üçüncü qeydə alınıb.

Sporaz.tv xəbər verir ki, “Liv Bona Dea Arena”da keçirilən matçın 62-ci dəqiqəsində Abdullah Zubir komandasını önə keçirib. Ağdam təmsilçisinin ilk qoluna, 42-ci dəqiqədə Olavio Juninyo imza atıb.

“Zirə”də isə 57-ci dəqiqədə İsmayıl İbrahimli fərqlənib. 

Matçda ikinci hissə davam edir.


21:29

Azərbaycan Kubokunun “Qarabağ” – “Zirə” komandaları arasındakı final qarşılaşmasında hesab bərabərləşib.

Sporaz.tv xəbər verir ki, “Liv Bona Dea Arena”da keçirilən matçın 57-ci dəqiqəsində İsmayıl İbrahimli rəqiblə bərabərliyi yaradıb. Ağdam təmsilçisinin qolunu isə birinci hissənin 42-ci dəqiqəsində Olavio Juninyo vurub.

Matçda ikinci hissə davam edir.


21:19

Azərbaycan Kubokunun “Qarabağ” – “Zirə” komandaları arasındakı final qarşılaşmasının ikinci hissəsi başlayıb.

Sporaz.tv xəbər verir ki, “Liv Bona Dea Arena”da keçirilən oyunun ilk hissəsindən sonra Ağdam klubu 1:0 hesabla önə keçib. Qolu 42-ci dəqiqədə Olavio Juninyo vurub.

Matçda ikinci hissə davam edir.

20:54

Azərbaycan Kubokunun “Qarabağ” – “Zirə” komandaları arasındakı final qarşılaşmasının ilk hissəsi başa çatıb.

Sporaz.tv xəbər verir ki, “Liv Bona Dea Arena”da keçirilən matçın ilk yarısından sonra Ağdam klubu 1:0 fərqlə hesabı açıb. Qolu 42-ci dəqiqədə Olavio Juninyo vurub.

20:01

Azərbaycan Kubokunun “Qarabağ” – “Zirə” komandaları arasındakı final qarşılaşmasına start verilib.

Sporaz.tv xəbər verir ki, “Liv Bona Dea Arena”da keçirilən görüş 20:00-da başlayıb.

Oyunu Rəvan Həmzəzadə idarə edir.