“Qarabağ” yeni qapıçı transfer edib

Bakı, 15 avqust, Sporaz.tv

Qarabağ” klubu, növbəti transferini reallaşdırıb.

Sporaz.tv xəbər verir ki, qapıçı Mateusz Kowalski heyətə cəlb edilib. Uzun sürən danışıqlar nəticəsində Polşa təmsilçisi “Stal Mielec”lə razılıq əldə olunub.

Təmsilçimizlə 24 yaşlı polşalı qolkiper arasında 3+1 illik müqavilə imzalanıb. O, “Stal Mielets”in heyətində keçirdiyi ötən mövsümdə Polşa çempionatının ən yaxşı qapıçısı adına layiq görülüb.

Koxalski 2022-ci ilin yayından “Stal Mielec”-in şərəfini qoruyub. O, bunadək “Legionovia Legionowo”, “Radomiak Radom” və “Legia Warszawa”da forma geyinib.

Qeyd edək ki, klubumuzun yeni qapıçısı bu ilin iyununda Polşanın əsas millisinin AVRO-2024-ə hazırlıq prosesinə dəvət alıb və təlim-məşq toplanışında iştirak edib. O, bunadək U-16, U-17, U-18 və U-19 milli komandalarında da çıxış edib.