Qarabağ: “Vazkeçməyənlər zəfərə çatar”

Bakı, 15 avqust, Sporaz.tv

Çempionlar Liqasının III təsnifat mərhələsində tarixə keçən bir matç oynandı. Zəfərə vazkeçməyənlər çatdı. Yəni, Qarabağ!

Ölkəmizin göz bəbəyi Qarabağ, ötən il Avropa liqasına damğa vurmuş, 10 xalla qrupdan çıxıb, son 16-da “Leverkusen“-ə 1 qolla məğlub olmuşdu.

Yeni sezonda Qurban Qurbanovun futbolçuları, gözünü Çempionlar Liqasına dikdi. Transfer təkliflərinə baxmayaraq, çempion kadromuz pozulmadı. Qapıçı Lunyovun “Dinamo Moskova”-ya gedişinin ardından yerinə Buntic və “Adana Demirspor”-dan Şahruddin Məhəmmədəliyev transfer edildi.

İlk təsnifat mərhələsində Cebelütariq komandası “Lincoln“, ümumilikdə 7:0 xalla geridə qoyuldu. Evdəki “Ludogorets” oyunundakı 2:1-lik məğlubiyyət, cavab matçında 90 dəqiqənin 3:2 tamalanması ilə əvəzləndi. Uzatmalarda isə fəxrimiz “Qarabağ”, vazkeməyənlərin zəfərini dünyaya göstərdi. Ard-arda gələn qollarla matçı 7:2 qazanan əfsanlər, Pley-offda “Dinamo Zagreb“-lə qarşılaşacaq.

Keçdiyimiz sezonu 31 qolla tamamlayan 27 yaşındakı Juninho, Liqada 2-də 2 zəfərlə başlayan “Qarabağ” üçün 6 matçda atdığı 7 qolla vazkeçilməz dəyər daşıyır.