Bakı,17 may, Sporaz.tv
Bu gün Azərbaycan Premyer Liqasında “Qarabağ” və “ Turan Tovuz” komandaları qarşılaşıb.
Sporaz.tv xəbər verir ki, “Qarabağ” 18-ci dəqiqədə hesabı açdı.
İlk yarı “Qarabağ”ın minimal üstünlüyü ilə başa çatdı.
İkinci hissədə üstünlüyü ələ almağa çalışan “Turan-Tovuz” 48-ci dəqiqədə hesabı bərabərləşdirdi.
53-cü dəqiqədə “Turan-Tovuz” “Qarabağ”ın qapısına növbəti dəfə yol tapmağı bacararaq ev sahiblərini cəzanlandırdı.
69-cu dəqiqədə “Qarabağ” rəqibin qapısına yol tapdı.
75-ci dəqiqədə “Qarabağ” növbəti qolu vurmağı bacardı.
Meydan sahiblərinin müdafiəsindəki boşluqdan 86-cı dəqiqədə istifadə “Turan-Tovuz” hesabı bərabərləşdirdi.
90-cı dəqiqədə “Qarabağ” qonaqların qapısına 4-cü qolu vurmağı bacardı.
Bol qollu oyun ev sahiblərinin qələbəsi ilə başa çatıb. “Qarabağ”-“Turan-Tovuz” (4-3)