“Qarabağ” “Qalatasaray”ı geridə qoydu

Bakı,29 may,Sporaz.tv

Azərbaycan klublarının UEFA reytinqindəki yeni mövqeləri açıqlanıb.

Yerli media məlumat verir ki, son 5 mövsümdə toplanan əmsalların cəminə əsasən hazırlanan siyahıda ən yüksək göstəriciyə malik Azərbaycan təmsilçisi “Qarabağ”dır. Ağdam klubu 33.000 xalla 57-ci yerə yüksəlib. “Köhlən atlar” reytinqdə İspaniyanın “Betis” klubu ilə birlikdə bu pilləni bölüşdürür. Qurban Qurbanovun rəhbərlik etdiyi komanda bu göstərici ilə Türkiyə təmsilçisi “ Galatasaray (Qalatasaray)”ı (31.500 xal, 60-cı yer) geridə qoyub.

Qarabağ”dan sonra ən yaxşı göstəriciyə malik Azərbaycan klubu “Neftçi”dir. 10.000 əmsalı olan “ağ-qaralar” 6 komanda ilə birlikdə 143-149-cu yerləri bölüşdürür. “Ağ-qaralar” ötən siyahı ilə müqayisədə 8 pillə geriləyib.

Qəbələ” 4.500 xalla 275-cidir. “Sabah”, “Zirə”, “Sumqayıt”, “Səbail” və “Keşlə” (indiki “Şamaxı”) 4,025 xalla 306-310-cu pillələri bölüşdürürlər.

Turan-Tovuz”, “Kəpəz” və “Araz-Naxçıvan” isə reytinq cədvəlində yer almayıb.

Qeyd edək ki, UEFA reytinqinə İngiltərə təmsilçisi “Manchester City (Mançester Siti)” (148.000) başçılıq edir. Almaniyanın “Bayern Munich (Bavariya)” klubu 144.000 əmsalla ikinci sırada yer alıb. İlk “üçlüy”ü İspaniya “Real Madrid”i (134.000) tamamlayıb.

Mənbə:Azərtac