“Qarabağ” ölkəsinə ən çox əmsal qazandıran klublar siyahısında yer alıb

Bakı, 31 may, Sporaz.tv

Ötən mövsüm UEFA reytinqində öz ölkələrinə ən çox əmsal qazandıran klublar bəlli olub.

Sporaz.tv məlumat verir ki, ilk “onluq”da Azərbaycan təmsilçisi “Qarabağ” da var.

Çempionlar Liqasının ikinci təsnifat mərhələsində mübarizəni dayandıran Ağdam klubunun Avropa Liqasındakı uğurlu çıxışı Azərbaycana 4.750 əmsal qazandırıb. Ölkə çempionu bu göstərici ilə İsrail təmsilçisi “Makkabi Hayfa (Makkabi)” (Təl-Əviv) ilə 6-7-ci yerləri bölüşdürür.

50 komandanın yer aldığı siyahıda “köhlən atlar” yalnız Çexiyanın “Viktoria Plzen (Viktoriya)” (5.625), Belçikanın “Brugge (Brügge)” (5.100), Türkiyənin “Fenerbahçe (Fənərbağça)” (5.000), Yunanıstanın “Olympiacos (Olimpiakos)”(4.900) və Danimarkanın “Copenhagen ( Kopenhagen)” (4.875) klublarından geri qalıb.

Qeyd edək ki, ötən mövsüm “Qarabağ” Avropa Liqasında 1/8 final mərhələsinə kimi irəliləyərək Azərbaycan futbolunda tarixi uğura imza atıb. Komanda bu raundda Almaniyanın “Bayer 04 (Bayer)” komandasına iki görüşün nəticəsinə əsasən məğlub olaraq avrokuboklarla vidalaşıb.