”Qarabağ”, mövsümə böyükhesablı qələbə ilə başladı

Bakı, 2 avqust, Sporaz.tv

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2024-2025-ci illər mövsümünə start verilib.

Sporaz.tv AZƏRTAC -a istinadən xəbər verir ki, birinci turun açılış matçında “Araz-Naxçıvan” və “Qarabağ” komandaları üz-üzə gəlib. 

“Liv Bona Dea Arena”da baş tutan qarşılaşma Ağdam klubunun 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qonaqların heyətində qolları Redon Cica, Riçard Almeyda, Hamidu Keyta, Abbas Hüseynov, meydan sahiblərinin yeganə qolunu isə Nuno Rodriqes vurublar.

Turun digər oyunları avqustun 3-4-də keçiriləcək.