Bakı, 13 avqust, Sporaz.tv
“Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlib.
Sporaz.tv xəbər verir ki, Bolqarıstanda “Ludoqorets”in qonağı olan Ağdam təmsilçisi rəqibini 7:2 hesabı ilə məğlub edib.
Bununla da Qurban Qurbanovun rəhbərlik etdiyi komanda doğma meydandakı 1:2 hesablı məğlubiyyətin əvəzini artıqlaması ilə çıxıb.
Qeyd edək ki, “Qarabağ”ın qrup mərhələsinə gedə yolda rəqibi Xorvatiyanın “Dinamo” (Zaqreb) kollektivi olacaq. Təmsilçimiz, Xorvatiya çempionu ilə ilk görüşünü avqustun 20-si səfərdə keçirəcək.
00:45
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində “Ludoqorets” (Bolqarıstan) – “Qarabağ” matçında Azərbaycan klubu rəqibinin qapısından daha bir qol keçirib.
Sporaz.tv xəbər verir ki, “Ludoqorets Arena”dakı oyunda 118-ci dəqiqədə Yasin Benzia fərqlənib.
Bu qoldan sonra hesab 7:2 “Qarabağ”ın xeyrinə dəyişib.
00:33
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində “Ludoqorets” (Bolqarıstan) – “Qarabağ” matçında Azərbaycan klubu rəqibinin qapısından ard-arda iki qol keçirib.
Sporaz.tv xəbər verir ki, “Ludoqorets Arena”dakı oyunda 111-ci dəqiqədə Redon Cica, 112-ci dəqiqədə isə Patrik Andrade meydan sahiblərini məyus edib.
Bu qollardan sonra hesab 6:2 “Qarabağ”ın xeyrinə dəyişib.
00:27
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin bu gün baş tutan “Ludogorets” (Bolqarıstan) – “Qarabağ” komandalarının cavab matçında komandamız hesabını 5:2 edib .
Sporaz.tv xəbər verir ki , əsas hissəyən artırılmış əlavə vaxtın ikinci hissində “Köhlən atlar” 5-ci qoluna imza atıb.
Hesab 5:2
00:08
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin bu gün baş tutan “Ludogorets” (Bolqarıstan) – “Qarabağ” komandalarının cavab matçında “Qarabağ” fərqi 2-yə çıxardı .
Sporaz.tv xəbər verir ki , əsas hissəyə artırılmış əlavə vaxtda Toral Bayramovun özünün ilk, komandasının isə 4-cü qoluna imza atır.
Hal-hazırda hesab 4-5-dir.
23:10
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin bu gün baş tutan “Ludogorets” (Bolqarıstan) – “Qarabağ” komandalarının cavab matçında ikincə hissə start götürüb.
Sporaz.tv xəbər verir ki , “Qarabağ” ikinci hissəyə 3:2 hesab üstünlüyü ilə başlayıb.
22:53
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin bu gün baş tutan “Ludogorets” (Bolqarıstan) – “Qarabağ” komandalarının cavab matçında birinci hissə başa çatıb.
Sporaz.tv xəbər verir ki, təmsilçimiz “Qarabağ”, fasiləyə 2:3 hesab üstünlüyü ilə qollanıb.
Qeyd edək ki, hazırda komandalar ümumi hesabda bərabərdirlər-4:4.
22:50
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin bu gün baş tutan “Ludogorets” (Bolqarıstan) – “Qarabağ” komandalarının cavab matçında Köhlən atlar, hesabda önə keçib.
Sporaz.tv xəbər verir ki , birinci hissəyə əlavə olunmuş hissənin 5-ci dəqiqəsində Patrick Andradenin atdığı zərbə komandamızı önə keçirib.
Hazırda hesab 2:3-dür.
22:46
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin bu gün baş tutan “Ludogorets” (Bolqarıstan) – “Qarabağ” komandalarının cavab matçında Köhlən atlar hesabı bəraləşdirməyi bacarıb.
Sporaz.tv xəbər verir ki , oyunun ilk hissəsinin artırılmış dəqiqələrində Benzianın vurduğu penalti zərbəsi nəticəsində hesab bərabərləşib.
Hesab 2:2
Onuda qeyd edək ki, təmsilçimiz Qarabağın futbolçusu Bəhlul Mustafazadənin hesabında 1 sarı kart var.
22:25
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin bu gün baş tutan “Ludogorets” (Bolqarıstan) – “Qarabağ” komandalarının cavab matçında “Ludogorets” hesabı 2:1 etməyi bacarıb.
Sporaz.tv xəbər verir ki , oyunun 23 dəqiqəsində rəqibin atdığı penalti zərbəsi ilə “Ludogorets” hesabı 2:1 etməyi bacarıb.
Penalti zərbəsini Dua Kvadvo yerinə yetirib.
22:13
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin bu gün baş tutan “Ludogorets” (Bolqarıstan) – “Qarabağ” komandalarının cavab matçında “Ludogorets” hesabı bərabərləşdirməyi bacarıb .
Sporaz.tv xəbər verir ki , oyunun 13-cü dəqiqəsində rəqibin atdığı qol hesabı bərabərləşdirib.
Rəqib komandanın qol müəllifi Dua Kvadvodur.O, komandısının və oyunun ilk qoluna imza atıb.
22:06
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin bu gün baş tutan “Ludogorets” (Bolqarıstan) – “Qarabağ” komandalarının cavab matçında “Qarabağ” hesabı açdı.
Sporaz.tv xəbər verir ki , oyunun 6-cı dəqiqəsində Juninhonun vurquğu qol ilə köhlən atlar 1:0 hesabı ilə önə keçir.
Hazırda təmsilçimizin hesabında 2 xal var.
22 : 00
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin bu gün baş tutan “Ludogorets” (Bolqarıstan) – “Qarabağ” komandalarının cavab matçı start götürüb.
Sporaz.tv xəbər verir ki , “Ludogorets Arena”da baş tutan cavab matçı Bakı vaxt ilə 22:00-da start götürüb.
Qeyd edək ki, “Ludogorets” komandası səfərdə baş tutan matçda təmsilçimiz “Qarabağ”a 2:1 hesabı ilə qalib gəlib.
Matç CBC SPORT-da canlı yayımlanır.