“Qarabağ”-“Lincoln” oyununa 16300 bilet satılıb

Bakı, 28 iyul, Sporaz.tv

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində keçiriləcək “Qarabağ” – “Linkoln” (Cəbəllütariq) oyununa bilet satışı davam edir.

Sporaz.tv xəbər verir ki, artıq 16300 bilet satılıb. İyulun 30-da saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir.

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlərimiz üçün biletlərin qiyməti isə 200 manatdır.

Satış məntəqələri:

iTicket.az-ın satış məntəqələri (iTicket.az-da onlayn satış);

Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu;

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları;