“Qarabağ” “Lincoln” oyunun biletləri satışda

Bakı, 19 iyul, Sporaz.tv

Qarabağ” və “Lincoln” oyununun biletləri bu gün satışa çıxarılıb.

Sporaz.tv xəbər verir ki, UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində keçiriləcək “Qarabağ” – “Lincoln” (Cəbəllütariq) oyununun biletləri iyulun 19-u saat 12:00-dan etibarən satışa çıxarılıb.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir.

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlərimiz üçün biletlərin qiyməti isə 200 manatdır.

Satış məntəqələri:

iTicket.az-ın satış məntəqələri (iTicket.az-da onlayn satış)

Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları

Qeyd edək ki, qarşılaşma 30 iyul, saat 20:00-da Tofiq Bəramov adına Respiblika stadionunda start götürəcək.