“Qarabağ” səfərdə “Lincoln”a qalib gəldi

Bakı, 23 iyul, Sporaz.tv

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsidə “Qarabağ” meydandan qalib ayrıldı.

Sporaz.tv xəbər verir ki, bu gün UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin “Lincoln” (Cəbəllütariq) – “Qarabağ” matçı başa çatıb.

Təmsilçimiz “Qarabağ”, səfərdə rəqibini 2:0 fərqlə məğlub edib.

Komandanın qələbə qollarının müəllifləri, 45+2-ci dəqiqədə Juninho və 75-ci dəqiqədə Toral Bayramov olub.

Cavab oyunu 30 may, Bakı vaxtı ilə 20:00-da Tofiq Bəhrəmov adına Respublika stadionunda start götürəcək.

Qeyd edək ki, “Qarabağ”- “Lincoln” cütünün qalibi, növbəti mərhələdə “Ludogorets 1945”- “Dinamo Minsk” oyunun qalibi ilə qarşılaşacaq.

21:38

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin “Lincoln” (Cəbəllütariq) – “Qarabağ” matçının II hissəsində təmsilçimiz, fərqi 2-yə çatdırdı.

Sporaz.tv xəbər verir ki, qolun müəllifi Toral Bayramov, 75-ci dəqiqə də rəqibin qapısına yol taparaq, komandasına 1 xal daha qazandırdı.

Qeyd edək ki, qarşılaşma, “Europa Point Stadium”da keçirilir.

20:48

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin “Lincoln” (Cəbəllütariq) – “Qarabağ” matçında ilk hissə başa çatıb.

Sporaz.tv xəbər verir ki, “Qarabağ” ilk hissədə hesabı açmağı bacarıb.

45+2-ci dəqiqədə Juninho, atdığı qolla komandasını fasiləyə 1:0 fərqlə yolladı.

20:00

Qarabağ”, Çempionlar Liqası II təsnifat mərhələsinin ilk oyununda səfərdə “Lincoln” klubu ilə qarşılaşıb.

Sporaz.tv xəbər verir ki,  “Qarabağ”- “Lincoln” matçı start götürüb.

Klublar, Cəbəllütariqdəki “Europa point stadium”-da qarşılaşıblar.

Qeyd edək ki, qarşılaşma CBC Sportda canlı yayımlanır.