“Qarabağ” “Lincoln”-a qarşı

Bakı, 23 iyul, Sporaz.tv

Bu gün “Qarabağ“, UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində mübarizə aparacaq.

Sporaz.tv xəbər verir ki,  UEFA Çempionlar Liqasında ikinci təsnifat mərhələsinin oyunları bu gün start götürəcək.

Turnirdəki təmsilçimiz “Qarabağ”, Cəbəllütariqdəki,  “Europa point stadium”-da “Lincoln”un qonağı olacaq.

Matç, Bakı vaxtı ilə 20:00-da başlayacaq..