“Qarabağ” klubu qapıçısı ilə vidalaşıb

Bakı, 9 iyul, Sporaz.tv

Gürcüstan millisinin qapıçısı Luka Gugeshashvili “Qarabağ“dan ayrılıb.

Sporaz.tv xəbər verir ki, 25 yaşlı qolkiper karyerasını Yunanıstanda davam etdirəcək.

O, bu ölkənin “Panserraikos” klubunda çıxış edəcək. Gugeshashvili Superliqa təmsilçisi ilə müqavilə də imzalayıb. Onun sözləşməsi 2026-cı ilədək qüvvədə olacaq.

Qeyd edək ki, Luka Gugeshashvili 2022-ci ildən Azərbaycan çempionunun uğurları üçün çalışıb.

Mənbə:Report