“Qarabağ” futbolçusu ilə yollarını ayırır

Bakı, 9 sentyabr, Sporaz.tv

Qarabağ”ın hücumçusu Hamidou Keyta karyerasına Türkiyədə davam edəcək.

Sporaz.tv xəbər verir ki, 26 yaşlı futbolçu, “Konyaspor”la razılaşıb. Tərəflər arasında 2 illik müqavilə imzalanıb.

Fransalı futbolçunun bu axşam Türkiyədə olacağı bildirilir. Xəbərdə Super Liqa klubunun Keyta üçün təzminat ödəməyəcəyi də vurğulanıb.

Seneqal əsilli fransalı oyunçu, ötən mövsüm “Zirə”dən “Qarabağ”a keçib.

Leave a Reply