Bakı, 9 sentyabr, Sporaz.tv
“Qarabağ”ın hücumçusu Hamidou Keyta karyerasına Türkiyədə davam edəcək.
Sporaz.tv xəbər verir ki, 26 yaşlı futbolçu, “Konyaspor”la razılaşıb. Tərəflər arasında 2 illik müqavilə imzalanıb.
Fransalı futbolçunun bu axşam Türkiyədə olacağı bildirilir. Xəbərdə Super Liqa klubunun Keyta üçün təzminat ödəməyəcəyi də vurğulanıb.
Seneqal əsilli fransalı oyunçu, ötən mövsüm “Zirə”dən “Qarabağ”a keçib.