“Qarabağ” FK təlim-məşqə start verir

Bakı, 4 iyul, Sporaz.tv

“Qarabağ” FK yay təlim-məşq toplanışı üçün iyulun 5-də Avstriyaya yola düşəcək.

Sporaz.tv xəbər verir ki, “Qarabağ FK” üçün Tirolda 4 yoldaşlıq oyunu nəzərdə tutulub. Komanda iyulun 9-u, saat 14:30-da “Kaiserslautern” (Almaniya), həmin gün saat 20:00-da isə “Viktoria Plzen” (Çexiya) klubları ilə üz-üzə gələcək.

Növbəti yoldaşlıq oyunlarındakı rəqib və matçların vaxtı barədə daha sonra klub tərəfindən məlumat veriləcək.

Komandanın matçlarının təvqimi:

Bahar Rüstəm