Bakı, 28 avqust, Sporaz.tv
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Qarabağ” “Dinamo Zagreb” matçında təmsilçimiz liqadakı mübarizəsini dayandırıb.
Sporaz.tv məlumat verir ki, bu gün baş tutan matçda təmsilçimiz “Qarabağ” Xorvatiya komandasına 2:0 məğlub olaraq qrup mərhələsindəki mübarizəsini Avropa Liqasında davam etdirəcək.
Qeyd edək ki, “Dinamo Zagreb” ev oyununda həmçinin, səfər oyununda atdığı qol sayısını 5-ə çatdırıb.
Oyun ərzində “Qarabağ”-ın oyunçusu Kevin medina ilk hissədə bir sarı kart, ikinci hissədə isə ikinci sarı kart cəzası alaraq oyundan kənarlaşdırılıb.
21:56
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Qarabağ” “Dinamo Zagreb” matçında rəqib qol sayını 2-ə çatdırıb.
Sporaz.tv məlumat verir ki, təmsilçimiz “Qarabağ”-ın futbolçusunun atdığı avtomobil nəticəsində rəqibin hesab üstünlüyü 2-ə çatıb.
Qeyd edək ki, avtoqol Mateush Silvadan çıxıb.
21:48
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Qarabağ” “Dinamo Zagreb” matçı ikinci hissəyə start götürüb.
Sporaz.tv məlumat verir ki, ilk hissə rəqibin 1:0 üstünlüyü ilə başa çatıb.
Qeyd edək ki, hal hazırda hesab 4:0.
21:33
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Qarabağ” “Dinamo Zagreb” matçında İlk hissə başa çatıb.
Sporaz.tv məlumat verir ki, oyunun ilk hissəsində rəqib komanda “Qarabağ”-ın qapısına yol tapmağı bacarıb.
Hal hazırda hesab: 4:0
21:20
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Qarabağ” “Dinamo Zagreb” matçında rəqib hesabı açdı.
Sporaz.tv məlumat verir ki, oyunun 33-cü dəqiqəsində rəqib oyunçu Marko Pyatsa hesabı açmağı bacarıb.
Hazırda ümumi hesab 4:0.
20:45
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Qarabağ” “Dinamo Zagreb” matçı start götürüb.
Qeyd edək ki, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda baş tutur.
“Dinamo Zagreb”-“Qarabağ” 3:0