”Qarabağ”-“Dinamo” oyunun biletləri bu gündən satışa çıxacaq

Bakı, 22 avqust, Sporaz.tv

Qarabağ”-“Dinamo” Zagreb oyununun biletləri bu gün satışa çıxacaq.

Sporaz.tv xəbər verir ki,UEFA Çempionlar Liqasının “play-off” mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Dinamo” Zagreb (Xorvatiya) oyununun biletləri avqustun 22-i saat 12:00-dan etibarən satışa çıxarılacaq.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150 manat təşkil edir.

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlərimiz üçün biletlərin qiyməti isə 300 manatdır.

Satış məntəqələri:

iTicket.az-ın satış məntəqələri (iTicket.az-da onlayn satış);

Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu;

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları;