UEFA Çempionlar Liqası: “Qarabağ” səfərdə “Dinamo”ya məğlub oldu

Bakı, 20 avqust, Sporaz.tv

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində “Dinamo” (Zaqreb, Xorvatiya) – “Qarabağ” komandaları qarşılaşıb.

Sporaz.tv xəbər verir ki, “Maksimir” stadionunda start götürən matç, təmsilçimiz “Qarabağ”-ın 3:0 hesablı məğlubiyyəti ilə başa çatıb.

Rəqib komandadan 29-cu dəqiqədə Marko Pyaça, 74 və 80-ci dəqiqlərdə isə Sandro Kulenoviç fərlənib.

Qeyd edək ki, qarşılaşmanın cavab matçı, 28 avqust , saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

00:46

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində “Dinamo” (Zaqreb, Xorvatiya) – “Qarabağ” matçında rəqib fərqi 3 edib.

Sporaz.tv xəbər verir ki, ev sahibləri 80-ci dəqiqədə 3-cü qola imza atıb.

Sandro Kulenoviç, özünün 2-ci, komandasının isə 3-cü qoluna imza atıb.

00:42

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində “Dinamo” (Zaqreb, Xorvatiya) – “Qarabağ” matçında rəqib fərqi 2-yə yüksəldib.

Sporaz.tv xəbər verir ki, rəqib komanda 74-cü dəqiqədə atdığı zərbə ilə fəqri 2 edib.

Rəqib komandanın futbolçusu Sandro Kulenoviç fərqlənib.

00:09

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində “Dinamo” (Zaqreb, Xorvatiya) – “Qarabağ” matçında ikici hissə başladı.

Sporaz.tv xəbər verir ki, “Maksimir” stadionunda keçirilən qarşılaşmanın ikinci hissəsi start götürüb.

Hazırda rəqib komanda 1:0 öndədir.

23:52

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində “Dinamo” (Zaqreb, Xorvatiya) – “Qarabağ” matçında ilk hissə başa çatıb.

Sporaz.tv xəbər verir ki, rəqib komanda 1:0 üstünlük ilə fasiləyə yollanıb.

Matçın ilk qolunu “Dinamo”nun futbolçusu Marko Pyaça vurub.

23:29

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində “Dinamo” (Zaqreb, Xorvatiya) – “Qarabağ” matçında hesab açılıb.

Rəqib komanda 29-cu dəqiqədə hesabı açmağı bacarır.

Qolun müəllifi Marko Pyaçadır.

23:00

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində “Dinamo” (Zaqreb, Xorvatiya) – “Qarabağ” matçı start götürüb.

Sporaz.tv xəbər verir ki, qarşılaşma “Maksimir” stadionunda keçirilir.

Qeyd edək ki, qarşılaşma “CBC Sport”da canlı yayımlanır.