“Qarabağ” bu gün “Ludogorets” ilə cavab matçına çıxacaq

Bakı, 13 avqust, Sporaz.tv

Bu gün  “Qarabağ”, Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində cavab oyununa çıxacaq.

Sporaz.tv xəbər verir ki, Ağdam klubu Bolqarıstan klubu “Ludogorets” ilə səfərdə qarşılaşacaq. İlk matçda Bakıda rəqibinə 1:2 hesabı ilə uduzan Qurban Qurbanovun komandası, həmin yenilginin əvəzini rəqib meydanında çıxmağa çalışacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

“Qarabağ” – “Ludogorets” cütünün qalibi, ÇL-in pley-off mərhələsində Zaqreb “Dinamo”su (Xorvatiya) ilə üz-üzə gələcək.