”Qarabağ” Azərbaycan rekordunu yeniləyib

Bakı, 3 iyun, Sporaz.tv

“Qarabağ” tarixində 20-ci titulunu qazanıb. 

AZƏRTAC-a istinadən xəbər verir ki, Ağdam klubu buna ölkə kubokunu qazanmaqla nail olub.

Qurban Qurbanovun yetirmələri finalda “Zirə”yə 2:1 hesabı ilə qalib gəlib. “Qarabağ” 8-ci dəfə ölkə kubokunu qazanmaqla, həm də 6-cı “Qızıl dubl”una imza atıb. Hər iki göstəricidə özünün sahib olduğu rekordu yeniləyən Ağdam təmsilçisi tarixində yubiley titulunu əldə edib. Hesabında 11 çempionluq və 8 kubok olan “Qarabağ” 1993-cü ildə Superkuboka da sahib çıxıb. Ağdamlılar titul sayında da Azərbaycan rekordunu yeniləyib.