Bakı, 17 oktyabr, Sporaz.tv
“Qarabağ”ın futbolçusu Matheus Silva (Mateus Silva) UEFA Avropa Liqasının Liqa mərhələsində “Ajax”la (Ayaks) keçiriləcək oyunu buraxacaq.
Sporaz.tv Qol.az’a istinadən xəbər verir ki, komandanın mətbuat xidmətinin rəhbəri Anar Hacıyev bu barədə məlumat verib.
Misli Premyer Liqasının 8-ci turunda “Sabah”la oyunda zədələnən braziliyalı müdafiəçi Niderland klubu ilə görüşə qədər də meydana çıxmağa hazır olmayacaq. Qeyd edək ki, digər zədəlilər isə Şahruddin Məhəmmədəliyev və Amin Ramazanovdur.
Klub rəsmisi bir müddətdir zədəli olan Marko Veşoviçin isə “Ayaks”la oyuna qədər komandaya qoşulacağını bildirib. Monteneqrolu müdafiəçi sabah Misli Premyer Liqasının 10-cu turunda “Kəpəz”lə keçiriləcək oyunu buraxsa da, “Ajax”la (Ayaks) görüşdə iştirak edəcək.
Qeyd edək ki, oyun oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.