Bakı, 26 may, Sporaz.tv
Bu gün baş tutan “Qarabağ“-“Araz-Naxçıvan” matçı 2-2 hesabı ilə başa çatıb.
Sporaz.tv xəbər verir ki, Azərsun Arena-da baş tutan matçda hesabı 3-cü dəqiqədə “Araz-Naxçıvan” açıb.
Elvis Mashihenin qolu ilə komanda 1-0 önə keçib. Ancaq Juninho Olivera 28-ci dəqiqədə qapını havalandıraraq hesabı bərabərləşdirib.
32-ci dəqiqədə Vadim Abdullayevin səhvi “Qarabağ”I 2-1 önə keçirib. 58-ci dəqiqədə Abdulla Rzayev hesabı yenidən bərabərləşdirib.