”Qarabağ” 28 500 avro cərimələnib

Bakı, 23 sentyabr, Sporaz.tv


UEFA avrokuboklardakı oyunlarda baş verənlərə görə “Qarabağ” və “Zirə” klubunu cərimələyib. 

Sporaz.tv xəbər verir ki, “Qarabağ” Bolqarıstanda “Ludogorets”lə görüşdə (2:7) Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab matçında “komandanın düzgün olmayan davranışı”na görə 6000 avro ödəyəcək.

Ağdam təmsilçisi “Dinamo”(Zaqreb) ilə Bakıdakı (0:2) görüşdə isə daha çox ziyana düşüb. Azərbaycan çempionu “idman tədbirinə uyğun olmayan mesajın ötürülməsi”nə görə 22500 avro ziyana düşüb. Ümumilikdə “Qarabağ” 28,500 avro cərimələnib. 

Avropa Konfrans Liqasının təsnifat mərhələsində çıxış etmiş “Zirə”yə isə xəbərdarlıq olunub.

Leave a Reply