“Qalatasaray”ın Çempionlar Liqasındakı mümkün rəqibləri bəlli olub

Bakı,27 may,Sporaz.tv

Trendyol Super Liqasının son həftəsində “Konyaspor”u 3:1 hesabı ilə məğlub edərək 24-cü dəfə çempionluq qazanan Galatasaray (Qalatasaray) növbəti mövsüm Çempionlar Liqasında mübarizə aparacaq.

Sporaz.tv xəbər verir ki, 24-cü dəfə Super Liqanın qalibi olan və növbəti mövsüm Çempionlar Liqasına vəsiqə qazanan Galatasaray (Qalatasaray)-ın pley-off mərhələsində mümkün rəqibləri müəyyənləşib.

“Qalatasaray”ı pley-off mərhələsində Shakhtar Donetsk (Ukrayna), Kızıl Yıldız (Serbiya), Young Boys (İsveçre), Dinamoz Zagreb (Xorvatiya) ve PAOK (Yunanıstan) kimi əzmkar rəqiblər gözləyir.

Maccabi Tel Aviv (İsrail), Bodo Glimt (Norveç), Ferençvaroş (Macaristan), Qarabağ (Azərbaycan), Slovan Bratislava (Slovakiya) digər mümkün rəqiblərdir.

Galatasaray (Qalatasaray) bu mərhələni keçsə, Çempionlar Liqasında qalacaq və 15,64 milyon avro iştirak haqqı alacaq. Bundan əlavə, qrupdakı hər qələbə 2,8 milyon avro, heç-heçə isə 930 min avro qazandıracaq.

Qeyd edək ki, sarı-qırmızılı komanda ilk Avropa matçını avqustun 20 və ya 21-də keçirəcək.