Bakı, 26 iyun, Sporaz.tv
İstanbulda həyata keçirilən qanunsuz forma əməliyyatında bazar dəyəri 250 milyon lirə olan 180 min 324 forma ələ keçirilib. Əməliyyat zamanı 5 şübhəli saxlanılıb.
Sporaz.tv məlumat verir ki, İstanbul Təhlükəsizlik Müdirliyi Qaçaqmalçılıq Cinayətləri ilə Mübarizə Şöbə Müdirliyi qrupları, şübhəlilərdən bəzilərinin 2024-2025-ci il mövsümü üçün ölkəyə qeyri-qanuni yollarla gətirilən “Galatasaray“, “Fenerbahçe“, “Trabzonspor” və “Beşiktaş“ın formalarını bazara çıxarılacağını təyin edib.
Güngören və Esenler’de 2 ayrı anbarda olduğu təsbit edilən iş yerində həyata keçirilən əməliyyatda 5 şübhəli nəzarətə alındı.
Qaçaq məhsullar İstanbul Polis İdarəsinin Vətən kampusunda sərgilənib.