“PSG”nin ulduz hücumçusu 43 görüşdə 43 qol ilə fərqlənib

Bakı,25 aprel,Sporaz.tv

Fransanın “PSG“(PSJ) klubunun hücumçusu “Kylian Mbappe”(Kilian Mbappe) rekorda imza atıb.

Sporaz.tv məlumat verir ki, Liqa 1-in XXIX turunda, “Lorient”lə matçda (4:1) fərqlənən forvard cari mövsüm bütün turnirlərdə meydana çıxdığı 43 görüşdə 43-cü qolunu vurub.

25 yaşlı oyunçu bu qolları Fransa Liqa 1, ölkə kuboku və Çempionlar Liqası qarşılaşmalarında rəqib qapılarından keçirib. Fransa millisinin üzvü 2020/2021 mövsümündə 42 qolla yadda qalmışdı.

Qeyd edək ki, 2018-ci ildən Paris klubunun şərəfini qoruyan Mbappenin müqavilə müddəti bu yay başa çatır.