“PSG”dən tarixi transfer

Bakı, 9 avqust, Sporaz.tv

“Paris Saint-Germain” Frankfurtdan 22 yaşlı müdafiəçi Willian Pachonu heyətinə qatıb. Pacho klub tarixində oynayan ilk Ekvadorlu futbolçu olacaq.

Sporaz.tv xəbər verir ki, “Paris Saint-Germain” ötən mövsümün diqqət çəkən adlarından olan müdafiəçi Willian Pachonu heyətinə qatıb.

“Paris Saint-Germain” 22 yaşlı müdafiəçinin transferini rəsmən açıqlayarkən Pachonun “PSG” tarixində ilk Ekvadorlu futbolçu olduğunu bildirib.

İmzalandıqdan sonra verdiyi açıqlamada Pacho, “Paris Saint-Germain”ə qatıldığım üçün çox xoşbəxtəm. Ümid edirəm ki, xarakterimi ortaya qoyacağam və bir çox kuboklar qazanmaq üçün bütün əzmimi göstərəcəyəm” dedi.

Bahar Rüstəm