“PSG” – “Monaco” oyunu təxirə salınıb

Bakı, 4 iyul, Sporaz.tv

Fransa Superkuboku uğrunda keçirilməli olan “PSG” – “Monaco” oyunu təxirə salınıb.

Sporaz.tv AZƏRTAC-a istinadla xəbər verir ki, Çinin paytaxtı Pekin şəhərində avqustun 8-nə təyin edilmiş həlledici görüş ləğv olunub.

PSG klubu oyunun Çində keçirilməyəcəyini bildirib.

Matçın nə vaxt baş tutacağı ilə bağlı qarşıdakı günlərdə məlumat veriləcək.

Qeyd edək ki, PSG son ölkə çempionu, “Monaco” isə gümüş medalların sahibidir.