PSG: Mbappe yoxdursa, Barcola var…

Bakı, 17 sentyabr, Sporaz.tv

PSG, Mbappenin açdığı yaranı 22 yaşındakı ulduzuyla sağaltdı. Bradley Barcola

Futbola kiçik yaşlarından başladı. “Lyon“un 8 yaş alt komandasından A komandasına qədər yüksəldi. Anası Fransalı, atası Togoludur. Onun favorisi Cristiano Ronaldo və davamlı videolarını izləyərək böyüdüyü Aubameyangdır.

“Lyon”da 19 yaşında 31 matça çıxıb, 7 qol, 10 asistlə oynadıqdan sonra PSG, bonservisinə 45M avro ödədi. Yavaş-yavaş 11-dəki yerin tutmuşdu. İlk ilində tam gözləntini qarşılamadı. 5 qol 9 məhsuldar ötürmə ilə yadda qaldı. Ancaq, ən böyük bacarığı olan sürətli qaçışı, incə vücudu rəqib hücumçular üçün hər oyun baş bəlası oldu.

Böyük matçlarda yaşından gözlənməyən soyuqqanlılığı ilə Mbappedən sonra hücumun 1 nömrəli adına çevrildi. Bu sezon Mbappeni unutduraraq başladı. Milli komandada ilk 11-ə yüksəldi, İtaliyaya 13-cü saniyədə qol atdı. Liqada 4 matçda 4 qolu var.

Fransada Futbol ictimai rəy birliyi, Barcolanın ölkənin yeni üzü olduğunu və Mbappenin onu ciddi çəkildə qısqandığını iddia edir.

Leave a Reply