“PSG” “Lyon” klubunu darmadağın etdi

Bakı,22 aprel,Sporaz.tv

Parc des Princes Stadionunda keçirilən 30-cu həftə matçının 3-cü dəqiqəsində “PSG“(PSJ) Nemanja Maticin avtoqolu ilə 1-0 önə keçib, 6-cı dəqiqədə Beraldo fərqi ikiyə çatdırıb.

“PSG” 32-ci dəqiqədə Goncalo Ramosun qolu ilə 3-0 önə keçib. Olympique Lyon 37-ci dəqiqədə Ernest Nuamahın qolu ilə fərqi 2-yə endirib. Goncalo Ramos 42-ci dəqiqədə qola imza ataraq hesabı 4-1 edib və matçın ilk yarısı bu hesabla başa çatıb.

İkinci hissədə daha qol olmadığı üçün “PSG’ 4:1 hesablı qələbə qazanıb.

Günün digər matçlarında; “Monako” səfərdə “Brest”i 2:0 hesabı ilə məğlub etdiyi halda, “Lill” öz meydanında “Strasburq”u 1:0 hesabı ilə məğlub edib. “Olimpique Marseille” səfərdə “Tuluza” ilə 2:2 hesabı ilə heç-heçə edib.

Liqa 1-in lideri “PSG” bu nəticə ilə xallarını 66-ya yüksəltdiyi halda, ən yaxın izləyicisi Monako 55 xala sahibdir.