“PSG” derbidə əskik oyunçusu olan rəqibinə rəhm etməyib

Bakı, 28 oktyabr, Sporaz.tv

Fransa Liqa 1-in 9-cu həftəsində “Olimpik Marsilya” və “PSG” derbi matçında üz-üzə gəlib. Qarşılaşma 3:0 hesabı ilə “PSG”-nin xeyrinə başa çatıb.

Sporaz.tv məlumat verir ki, Fransa Liqa 1-in derbi matçında “Marsilya” və “PSG” üz-üzə gəlib.

Görüşdə “PSG” 3:0 hesabı ilə qalib gəlib. Matçdakı qollar: 7-ci dəqiqədə Neves, 29-cu dəqiqədə Balerdi (KK) və 40-cı dəqiqədə Barcoladan gəlib.

“Marsilya”-da Harit sərt qayda pozuntusuna görə 20-ci dəqiqədə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.

Bu nəticə ilə “PSG”, 23 xalla Liqa 1-də lider olub. “Marsilya” 17 xalla 3-cü pillədə qalıb.

Paris komandası liqada növbəti matçında “Lens”-i qəbul edəcək. Həmin həftə “Marsilya” səfərdə “Nantes”-lə qarşılaşacaq.