“PSG”, 90-cı dəqiqədə qapıçının avtoqolu ilə qalib gəlib

Bakı, 19 sentyabr, Sporaz.tv

Paris Saint Germain“, Çempionlar Liqasının ilk həftəsində “Girona“-nı 90-cı dəqiqədə qapıçı Paulo Gazzaniganın avtoqolu ilə 1:0 hesabı ilə məğlub edib.

Sporaz.tv məlumat verir ki, UEFA Çempionlar Liqasının ilk həftəsində “Paris Saint Germain” (PSG), “Girona”-nı qəbul edib. “Parc des Princes” stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 1:0 hesablı üstünlüyü ilə yekunlaşıb.

“PSG”-yə 3 xal gətirən qolu 90-cı dəqiqədə “Girona”-nın qapıçısı Paulo Gazzaniga vurub.

Fransa təmsilçisi, yeni 36 komandalı formatda Çempionlar Liqasının ilk həftəsini 3 xalla başa vurub. “Girona” heç bir xal qazana bilməyib.

“PSG”, 2-ci həftədə səfərdə İngiltərənin “Arsenal” komandası ilə qarşılaşacaq. “Girona” Hollandiya təmsilçisi “Feyenoord“-u qəbul edəcək.

Leave a Reply