“PSG” 3 qolla qalib gəlib

Bakı, 15 sentyabr, Sporaz.tv

Liqa 1-in 4-cü həftəsində “PSG” öz meydanında “Brest”-i 3:1 hesabı ilə məğlub edib.

Sporaz.tv məlumat verir ki, Liqa 1-in 4-cü həftəsində Paris Saint-Germain “Brest“-i qəbul edib.

Qonaq komanda, 39-cu dəqiqədə Del Castilloun penaltidən vurduğu qolla önə keçib. “PSG” 42-ci dəqiqədə Dembele ilə hesabı bərabərləşdirib. İkinci hissədə “PSG”-yə qələbə qazandıran qolları 73-cü dəqiqədə Fabian Ruiz və 74-cü dəqiqədə Dembele vurublar.

“PSG” liqada keçirdiyi 4 oyunun hamısında qalib gələrək xalını 12-yə çatdırıb. Brest 3 xalda qalıb.

Leave a Reply