Prezident Ərdoğandan Merih Dəmiralla bağlı açıqlama

Bakı, 5 iyul, Sporaz.tv

Prezident Rəcəb Tayyib Ərdoğan UEFA-nın Merih Demiralın boz qurd işarəsi ilə qol qeyd etməsi ilə bağlı fikir bildirib.

Sporaz.tv xəbər verir ki,  AVRO-2024-ün son 16 turunda Avstriya ilə matçda millinin qollarını vuran Merih Dəmiral əli ilə boz qurd işarəsi vuraraq sevincini nümayiş etdirib. Prezident Rəcəb Tayyib Ərdoğan UEFA-nın bu addımla bağlı araşdırmaya başlaması ilə bağlı açıqlama verib.

Prezident Ərdoğan açıqlamasında “Almanların formasında niyə qartal var deyən varmı? Fransızların formasında xoruz var, niyə xoruzlanırsan deyə soruşan varmı? Orda Merih sevincini belə ifadə edib” dedi.

Bahar Rüstəm