Premyer Liqanın yeni komandasından transfer rekordu

Bakı, 29 iyun, Sporaz.tv

İngiltərə Premyer Liqası komandalarından biri olan “Ipswich TownOmari Hutchinsonda alış opsiyasından istifadə edir. Bonuslarla birlikdə 20 milyon funt-sterlinqə başa çatdırılması gözlənilən bu müqavilə “Ipswich Town” üçün klub rekordu olacaq.

Sporaz.tv xəbər verir ki,  Çempionşipdə mövsümü ikinci yerdə başa vuraraq Premyer Liqaya vəsiqə qazanan “Ipswich Town” Omari Hatchinsonu komandasında saxlayır.

Ötən mövsümün əvvəlində “Chelsea“dan icarəyə götürülən Omari Hatchinsonun transfer qiymətini almağa hazırlaşan “Ipswich Town” bu transferlə klub rekordunu qıracaq.

“Ipswich Town”un bonuslar daxil olmaqla 20 milyon funt sterlinqlik transferi tamamlayacağı bildirilib.

Transfer rəsmiləşdikdən sonra 20 yaşlı futbolçu “Ipswich Town” tarixinin ən bahalı futbolçusu olacaq.

Omari Hatchinson əvvəlki mövsümdə “Ipswich Town” üçün 50 matçda iştirak edib.

Gənc futbolçu bu matçlarda 11 qol vurub və 6 məhsuldar ötürmə edib.

Omari Hatchinson əvvəllər “Arsenal”ın gənclər komandasında çıxış edib.

Bahar Rüstəm