Premyer Liqanın 4 turun ən çox qol vuranı: Erling Haaland

Bakı, 21 sentyabr, Sporaz.tv

İngiltərənin “Manchester City“(Mançester Siti) klubunun hücumçusu Erling Haaland Premyer Liqanın 2024/2025 mövsümündə geridə qalan 4 tur ərzində digər komandalardan daha çox qol vurub.

Sporaz.tv “Report”-a istinadən xəbər verir ki, 24 yaşlı norveçli futbolçu hazırda 9 qolla bombardirlər siyahısına rəhbərlik edir.

Onun komandasının hesabında 11 qol var. Cari mövsümdə Manchester təmsilçisindən sonra ən çox qol vuran komanda “Chelsea“(Çelsi)-dir (8). Bu da o anlama gəlir ki, Norveç millisinin üzvü digər Premyer Liqa klublarını qol baxımından üstələyib.

Qeyd edək ki, “Manchster City” komandası hazırda 12 xalla turnir cədvəlinin lideridir.

Leave a Reply