Premyer Liqada rekord transfer

Bakı, 16 avqust, Sporaz.tv

İngiltərə Premyer Liqa komandalarından olan “Bournemouth” rekord məbləğə göndərdiyi Dominic Solankeni rekord transferlə əvəzləməyə hazırlaşır. “Bournemouth” Evanilsonu “Porto”dan 47 milyon avroya heyətinə qatıb.

Sporaz.tv xəbər verir ki, Premyer Liqada yeni mövsümə bu gün keçiriləcək tək matçla start veriləcək. Liqada yeni mövsüm öncəsi “Bournemouth” rekord transferini elan etməyə hazırlaşır.

“Porto”nun verdiyi açıqlamada Evanilsonun transferi üçün “Bournemouth”la razılığa gəlindiyi bildirilib.

“Bournemouth” transfer üçün 37 milyon avro transfer haqqı və 10 milyon avro bonus ödəyəcəyi, müqavilənin ümumi qiymətinin isə 47 milyon avro olduğu bildirilib.

Müqavilə imzalamaq və sağlamlıq müayinəsi üçün İngiltərəyə gedən Evanilsonun transferinin qısa müddət ərzində “Bournemouth” tərəfindən açıqlanması gözlənilir.

“Bournemouth” yay transfer pəncərəsi zamanı hücumçu Dominic Solankeni rekord qiymətə “Tottenham”a satıb.

“Tottenham” bu transfer üçün “Bournemouth”a 65 milyon avro ödəyib. Bu məbləğ “Bournemouth”un ən yüksək qiymətli satışı olub.

Evanilsonun transferindən sonra “Bournemouth” öz rekordunu qırıb. Premyer Liqa komandası 2018/19 mövsümündə Jefferson Lerma transferinə görə ödədiyi 30,5 milyon avro ilə klub rekordu qırıb.

Futbol karyerasına “Fluminense”nin akademiyasında başlayan Evanilson Braziliyanın “Tombense” klubunda da çıxış edib.

2020-ci ildə “Porto”ya transfer olunan braziliyalı futbolçu 4 il idi ki, Portuqaliya yığmasında çıxış edirdi.

Evanilson karyerası ərzində 191 matçda 79 qol vurub və 23 məhsuldar ötürmə edib.

Bahar Rüstəm