“Premyer liqada oynamaq xəyalımdır..”

Bakı, 22 aprel, Sporaz.tv

Bu mövsüm icarə əsasında “Frosinone”də yaxşı dövr keçirən Matias Soule xəyalını açıqlayıb:

“Sevimli liqam hansıdır mı? Premyer liqa. Əgər mənə bir seçim şansı versələr, İngiltərəyə üstünlük verərəm. Hər kəs Premyer liqanın ən yaxşı liqalardan biri olduğunu bilir və “Juventus“da qalmaq istəsəm də, orada oynamaq xəyalımdır.”

Qeyd edək ki, Soule 2023-cü ildə icarə əsasında “Juventus”dan “Frosinone” klubuna keçib.

Dinarə Ağayeva