“Premyer liqada ən yaxşı mərkəz hücumçusu Thierry Henrydir”

Bakı,20 aprel,Sporaz.tv

Keşmiş ingilis futbolçu Ledley King Thierry Henry ilə bağlı maraqlı açıqlamalar verib.

Ledley King: “Mənə görə Premyer Liqadakı ən yaxşı mərkəz hücumçusu Thierry Henry idi. Meydanın hər yerində idi. O, sol cinahda oynamağı xoşlayırdı, siz isə ona qarşı müdafiə etməkdən çəkinirdiniz. O, topu içəri çəkəndə üstümüzə driblinq etdi və bu, müdafiəçi üçün böyük problem demək idi. O, müdafiənin arxasına qaça bilirdi, güclü və istedadlı oyunçu idi. O hər şeyə sahib idi.” sözlərini deyib.

O, əlavə olaraq, “Meydanda məni utandıra biləcəyini düşündüyüm tək futbolçu idi. Ondan başqası haqqında heç belə düşünməmişəm. Ronaldo cinah oyunçusu idi, amma daha fərqli idi. Rooney də eynilə Berbatov kimi bacarıqlı oyunçu idi. Amma meydanda sizi Thierry Henry kimi utandırmırdılar. Van Nisterrooy daha çox cərimə meydançası oyunçusu idi. Cərimə meydançasından kənarda məni qorxutmurdu.”

Dinarə Ağayeva