Premyer Liqa: “Sumqayıt” “Səbail”i məğlub edib

Bakı,18 avqust, Sporaz.tv

Futbol üzrə Azərbaycan Premyer Liqasında III turun daha bir oyunu keçirilib.

Sporaz.tv “Report”-a istinadən xəbər verir ki, günün ikinci matçında “Sumqayıt” “Səbail”i qəbul edib.

Qarşılaşma “gənclik şəhəri” təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 2:1.

Meydan sahiblərində 87-ci dəqiqədə Kamran Quliyev, qonaqlarda 89-cu dəqiqədə Süleyman Alluş fərqlənib. 90+2-ci dəqiqədə Roy Kehat “Sumqayıt”ın qələbə qoluna imza atıb.

Bu nəticədən sonra xallarının sayını 6-ya çatdıran “kimyaçılar” 4-cü pillədə qərarlaşıb. Bakı klubu isə 1 xalla doqquzuncudur.

Günün ilk matçında “Turan Tovuz” “Kəpəz”i üç cavabsız qolla üstələyib.

Qeyd edək ki, III turun “Şamaxı” – “Qarabağ” və “Zirə” – “Araz-Naxçıvan” qarşılaşmaları təxirə salınıb. Tura avqustun 18-də “Neftçi” – “Sabah” matçı ilə yekun vurulacaq.