Premyer Liqa komandasından sürpriz Kante hərəkəti

Bakı, 20 iyul, Sporaz.tv

İngiltərə Premyer Liqa komandalarından olan “West Ham United” “Al-İttihad”da çıxış edən N.Golo Kanteni heyətinə qatmaq istəyir. “West Ham United”in ilk 15 milyon funt-sterlinqlik təklifinin rədd edildiyi bildirilib.

Sporaz.tv məlumat verir ki, karyerasını Səudiyyə Ərəbistanı komandalarından olan “Al-İttihad”da davam etdirən N.Golo Kante yeni mövsümdə Premyer Liqaya qayıda bilər.

Athleticdə çıxan xəbərdə Premyer Liqa təmsilçisi West Ham Unitedin Kanteni heyətinə qatmaq istədiyi və 15 milyon funt-sterlinq təklif etdiyi bildirilib.

Bildirilib ki, Al-İttihad bu təklifi rədd edib və Kantedən komandadan ayrılması tələb olunmayıb. Al-İttihadın 25 milyon funt-sterlinqdən çox təklifləri nəzərdən keçirə biləcəyi qeyd edilib.

N.Golo Kante iki dəfə çempionluq qazandığı Premyer Liqada “Lecster City” və “Chelsea“də çıxış edib.

2023-cü ildə müqaviləsi başa çatdıqdan sonra “Chelsea”dən ayrılan təcrübəli futbolçu “Al-İttihad”la anlaşıb.

Kante əvvəllər Boulogne və Caen klublarında çıxış edib.