Premyer Liqa komandası Barış Alper Yılmazda axtardığını tapıb

Bakı, 24 iyun, Sporaz.tv

Premyer Liqa təmsilçisi “Brighton” “Galatasaray“da uğurlu mövsüm keçirən Barış Alper Yılmazla maraqlanırdı. İngiltərə mətbuatında yer alan iddiaya görə, Roberto De Zerbidən sonra vəzifəyə gələn baş məşqçi Fabian Hürzelerin 3-4-3 sisteminə üstünlük verdiyi üçün Barış Alper Yılmazın Brighton üçün mükəmməl olduğu ifadə edilib.

Sporaz.tv xəbər verir ki, AVRO-2024-də Milli Komandada çıxış edən Barış Alper Yılmaz Avropa komandalarının radarındadır.

“The Telegraph” qəzetində çıxan xəbərlərdə Fabian Hürzeler vəzifəyə gəldikdən sonra Barış Alper Yılmazın transferi üçün “Brighton”un ciddi namizədlərdən biri olacağı bildirilib.

Xəbərdə Barış Alper Yılmazın çox yönlü olmasının 3-4-3 quruluşuna üstünlük verən Hürzeler sistemində böyük fərq yaradacağı və onun bu oyun nizamı üçün mükəmməl olduğu bildirilib.

Barış Alper Yılmazın keyfiyyətinə malik futbolçunun komanda dinamikasını canlandıra biləcəyi və onun heyətdə ciddi forma rəqabətinə səbəb olacağı bildirilib.

Barış Alper Yılmaz ötən mövsüm “Galatasaray”ın heyətində 57 matçda forma geyinib.

24 yaşlı milli futbolçu bu matçlarda 7 qol vurub, 12 məhsuldar ötürmə edib.

Bahar Rüstəm