Premiyer Liqanın əsəbi boksçusu

Bakı,3 may,Sporaz.tv

Əvvəl yaşıl meydanda ayaqlarını,sonra rinqdə yumruqlarını danışdırdı. O, İngiltərənin dəli-dolu uşağı Curtis Woodhouse idi.

Futbol karyerasına Sheffield Uneteddə başladı. 1milyon Pounda transfer olduğu Birmingham ilə Premiyer Liqada oynadı. 10 mömrəli forma geyinirdi. Oynadığı 53 oyunda 2 qol atdı.

Futbol karyerası davam edərkən,profesional boksa başlayacağını bildirdi. Bu ani qərarında bəlkə əsəbi,bəlkə də boksa olan sevgisi var idi. Ancaq yaşıl meydanlarda tapa bilmədiyi uğuru rinqdə tapdı. 2006-cı ilin sentyabr ayında çıxdığı ilk oyununu qazandı. Boks karyerasında 29 maçın 13 nakaut olmaqla 22-ni qazandı.

Curtis ,bəzən də küçələr də başqa insanları döyməsi ilə gündəmi zəbt edirdi. Hətta, bir polisə hücum etdiyi üçün cəza belə almışdı.

2012-ci ilə qədər İngilis alt Liqasında futbola davam etdi. Karyerasında ümumilikdə 287 oyuna çıxan Woodhouse 21 qol 7 asisst etmişdi.

Karyerası bitdikdən sonra boks məşqçisi kimi fəaliyyət göstərir.