Bakı, 1 noyabr, Sporaz.tv
“Tottenham“-ın baş məşqçisi Ange Postecoglou hollandiyalı müdafiəçi Micky van de Venin “Galatasaray“(Qalatasaray)-a qarşı oynaya bilməyəcəyini deyib.
Sporaz.tv məlumat verir ki, UEFA Avropa Liqasının 4-cü matçında “Galatasaray”-ı qəbul edəcək “Tottenham”-da hollandiyalı müdafiəçi Micky van de Venin meydana çıxa bilməyəcəyi açıqlanıb.
“Tottenham”-ın baş məşqçisi Ange Postecoglou, zədəli Van de Venin “Galatasaray” matçında oynaya bilməyəcəyini və beynəlxalq fasilədən sonra komandaya dönəcəyini açıqlayıb.
23 yaşlı futbolçu, ötən çərşənbə günü komandasının Liqa Kubokunun son 16 turunda “Manchester City”(Mançester Siti)-yə 2:1 hesabı ilə qalib gəldiyi matçın 14-cü dəqiqəsində zədələnərək oyunu tərk edib.
“Galatasaray” – “Tottenham” matçı 7 Noyabr Cümə axşamı, saat 21:45-də RAMS Parkda oynanılacaq.