Portuqaliyalı müdafiəçi “Chelsea” klubu ilə anlaşıb

Bakı, 10 avqust, Sporaz.tv

Portuqaliya millisinin futbolçusu Pedru Netunun yeni klubu müəyyənləşib.

 Sporaz.tv  xəbər verir ki, 24 yaşlı müdafiəçi İngiltərənin “Chelsea“(Çelsi) klubu ilə anlaşıb.

Onun transferi 54 milyon funt-sterlinqə başa gəlib. Yığma üzvünün “Chelsea” ilə 2030-cu ilə qədər müqavilə imazalayacağı gözlənilir. Futbolçu tibbi müayinədən keçmək üçün paytaxt Londona yollanıb.

Qeyd edək ki, 2023/2024 mövsümünü “Wolverhampton“(Vulverhempton) klubunda keçirən P.Netu Premyer Liqa və İngiltərə Kubokunda ümumilikdə 24 matçda meydana çıxıb, 3 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.

Mənbə: Report