Bakı, 10 avqust, Sporaz.tv
Portuqaliya millisinin futbolçusu Pedru Netunun yeni klubu müəyyənləşib.
Sporaz.tv xəbər verir ki, 24 yaşlı müdafiəçi İngiltərənin “Chelsea“(Çelsi) klubu ilə anlaşıb.
Onun transferi 54 milyon funt-sterlinqə başa gəlib. Yığma üzvünün “Chelsea” ilə 2030-cu ilə qədər müqavilə imazalayacağı gözlənilir. Futbolçu tibbi müayinədən keçmək üçün paytaxt Londona yollanıb.
Qeyd edək ki, 2023/2024 mövsümünü “Wolverhampton“(Vulverhempton) klubunda keçirən P.Netu Premyer Liqa və İngiltərə Kubokunda ümumilikdə 24 matçda meydana çıxıb, 3 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.
Mənbə: Report