Bakı, 17 oktyabr, Sporaz.tv
Qadın futbolçulardan ibarət Portuqaliya yığmasının Avropa çempionatının pley-off mərhələsində Azərbaycan milli komandası ilə keçiriləcək oyunlar üçün heyəti müəyyənləşib.
Sporaz.tv Portuqaliya Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, komandanın baş məşqçisi Francisco Neto (Fransisko Netu) 25 oyunçuya dəvət göndərib.
Qapıçılar: İneş Pereyra (“Everton”, İngiltərə), Patrisiya Moraiş (“Braqa”), Rute Koşta (“Benfika”);
Müdafiəçilər: Joana Marşao (“Servett”, İsveçrə), Ana Seysa (“Tiqres”, Meksika), Diana Qomeş (“Sevilya”, İspaniya), Katarina Amadu, Karole da Silva Koşta (hər ikisi “Benfika”), Ana Borxes, Alişiya Korreya (hər ikisi “Sportinq”), Ana Rute (“Braqa”);
Yarımmüdafiəçilər: Andreya Xasintu (“Real Sosyedad”, İspaniya), Tatyana Pintu (“Atletiko”, İspaniya), Frantsiska Nazaret (“Barselona”, İspaniya), Andreya Fariya, Andreya Norton (hər ikisi “Benfika”), Fatima Pintu, Andreya Bravo (hər ikisi “Sportinq”), Doloreş Silva (“Braqa”);
Hücumçular: Cessika Silva (“Skay Blu”, ABŞ), Telma Enkarnasan, Diana Silva, Ana Kapeta (hamısı “Sportinq”), Karolina Mendeş (“Rasinq Pouer”), Stefani Ribeyru (UNAM, ABŞ).
Qeyd edək ki, Azərbaycan millisi Portuqaliya ilə ilk oyunu oktyabrın 25-də Bakıda, cavab matçı isə 4 gün sonra Braqa şəhərində keçiriləcək.