Portuqaliya Ronaldo ilə coşdu

Bakı, 12 iyun, Sporaz.tv

Türkiyənin AVRO-2024-dəki rəqiblərindən olan Portuqaliya millisi yoldaşlıq görüşündə İrlandiyanı 3:0 hesabı ilə məğlub edib.

Sporaz.tv xəbər verir ki, 14 iyun-14 iyul tarixlərində Almaniyanın ev sahibliyi edəcəyi AVRO 2024-də Türkiyə ilə F qrupunda yer alan Portuqaliya millisi Aveyroda yoldaşlıq görüşündə İrlandiya Respublikasını qəbul edib.

Portuqaliya millisi yoldaşlıq görüşündə İrlandiya Respublikasına 3:0 hesabı ilə qalib gəlib.

Portuqaliya forması ilə AVRO-2024-də 6-cı dəfə Avropa Futbol Çempionatında meydana çıxacaq ulduz hücumçu Cristiano Ronaldo, 2 qol vurub.

Portuqaliya ilk hissəni 18-ci dəqiqədə Joao Feliksin qolu ilə 1:0 öndə bağladı. Ronaldo 50 və 60-cı dəqiqələrdə vurduğu qollarla fərqi 3-ə çatdırıb.

Qarşılaşmada başqa qol olmadığı üçün Portuqaliya 3:0 hesabı ilə qalib gəlib.