Bakı, 15 noyabr, Sporaz.tv
İtaliyanın “Juventus“(Yuventus) komandasında çıxış edən Paul Pogbanın müqaviləsinin ləğv olunmaq üzrə olduğu iddia edilib.
Sporaz.tv məlumat verir ki, “Juventus” doping cəzası aldığı üçün bir müddətdir meydanlardan uzaq olan Paul Pogba ilə yollarını ayırır.
İtaliya klubu və Pogba müqavilənin ləğvi ilə bağlı razılığa gəlib. Tezliklə “Juventus”-dan rəsmi açıqlama veriləcəyi və fransalı yarımmüdafiəçinin sərbəst buraxılacağı gözlənilir.
Doping qəbul etdiyinə görə 4 il futboldan uzaqlaşdırılan 31 yaşlı futbolçunun cəzası sonradan 1,5 ilə endirilib. Bu cəza çərçivəsində Paul Pogbanın sahəyə qayıdışı ən tez 2025-ci ilin martında olacaq.